ƏSA Teatrı – “Adamlar və siçanlar”

Tədbir haqqında

Məlumat:

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Nobel Mükafatlı yazıçı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povestinin motivləri əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşasını təqdim edir.

Böyük böhran dövrü hamının nəsə itirdiyi bir vaxt Corc Lenni kimi dost tapmışdı. Bu iki dost fəhlə kimi işləyərək, arzularını gerçəkləşdirmək istəyirlər. Onların arzusunda fantastik heç nə yox idi: kiçik bir ferma, bir neçə dövşan və isti yataq. Amma mövcud dövrdə bu nəinki fantastik, bir qədər də mümkünsüz görünürdü. Çünki burada adamlarla siçanların heç bir fərqi yox idi.

 

Müəllif: Con Steynbek

Quruluşçu rejissoru: Nihad Qulamzadə

Prodüseri: Nicat Qulam

İşıq rəssamı: Binyamin Sailov

Müddəti: 1 saat 10 dəqiqə

Janr: Tragikomediya

Dil: Azərbaycan dili

Rollarda: Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Günay Məmmədova, Amin Əsgərov, Bəhram Rəhimli

Yaş məhdudiyyəti / Dil

+12 / Azərbaycanca
ƏSA Teatrı – “Adamlar və siçanlar” ƏSA Teatrı – “Adamlar və siçanlar”

Məkan yeri
Xaqani küçəsi 7, Bakı, Azərbaycan