Hamı belə edir

Tədbir haqqında

“HAMI BELƏ EDİR”

Hadisələr 1790-cı il ərəfəsində Neapol şəhərində baş verir.

I PƏRDƏ

Gənc zabitlər Ferrando və Qulyelmo Ferraredən olan bacılar – sevgililəri Fyordilidji və Dorabellanın onlara necə sədaqətli olduqlarından bəhs edirlər. Qoca filosof Alfonso qızların sədaqətinə şübhə ilə yanaşdığını bildirir. O Ferrando və Qulyelmo ilə şərt kəsir: əgər zabitlər 24 saat ərzində onun əmrlərini yerinə yetirsələr, sevgililərinin onlara sadiq olub-olmadıqlarına əmin ola bilərlər. Gənclər razılaşırlar: onlar mərcdə qalib gələcəkləriə əmindirlər.

 

Fyordilidji və Dorabellanın evlərinin bağçası. Qızlar Ferrando və Qulyelmonun şəkillərinə baxırlar. Don Alfonso içəri  daxil olaraq xəbər verir ki, kralın əmri ilə zabitlər düşərgəyə çağrılmışlar. Ferrando və Qulyelmo daxil olur və qızların kədərləndiklərini görürlər. Sevgililər səmimi şəkildə vidalaşırlar. Tək qalan Fyordilidji və Dorabella əzizlərinə yaxşı yol arzulayırlar, qızların səmimiyyətinə hələ də şübhə edən don Alfonso onlara qoşulur. Alfonso kimi saf məhəbbətə, kişilərin sədaqətinə inanmayan qulluqçu Despina xanımları əylənməyə dəvət edir. Bacılar əsəbi şəkildə otağı tərk edirlər. Otaqda qalan Alfonso Despinadan ona düşündüyü planı həyata keçirməkdə yardım etməyi xahiş edir: bacılara iki gənci bəyəndirmək. Elə bu vaxt yeni adaxlılar daxil olur: onlar paltarlarını dəyişərək əsilzadə albanların paltarını geyən Ferrando və Qulyelmodur. Gənclərin öz sevgilərini izah etməsi qızları əsəbiləşdirir. Alfonso özünü elə göstərir ki, albanlar onun yaxın dostlarıdır. Lakin bu qızları fikirlərindən döndərmir. Fyordilidji  qətiyyət göstərir, Qulyermo onu alqışlayır. Bacılar qəzəbli halda gedirlər. Sevgililərinin sədaqətinə əmin olan Ferrando və Qulyermo xoşbəxtdirlər. Lakin Alfonso onlara xatırladır ki,  şərtə əsasən oyun səhərə kimi davam etməlidir. Ferrando öz Dorabellasının sədaqətini vəsf edən mahnı oxuyur.

Bacıların evinin qarşısında bağça. Qızlar kədərdən göz yaşı axıdırlar.

Qəflətən albanlar gəlir və özlərini elə göstərirlər ki, guya zəhərləniblər və yerə yıxılırlar. Fyordilidji və Dorabella onların halına acıyırlar. Həkim libası geyinən Alfonso Despina ilə gəlir, onun “yadrımından sonra yalançı xəstələr həyata qayıdırlar” və yenidən qızların sevgisini qazanmağa çalışırlar.

 

II PƏRDƏ

Despina gənc ikən qızları həyatdan və sevgidən zövq almağa çağırır. Qızlar onunla razılaşırlar. Qulyelmo və Ferrando bağçada öz sevgililərinə serenada oxuyurlar. Dorabella Qulyelmoya meyl edir. Ferrando isə tərəddüd edən və gənc albanı ürəyindən çıxarmağı qərara alan Fyordilidjini yola gətirmək istəyir. Qulyelmodan Dorabellanın onu asanlıqla unutduğunu eşidən Ferrando dözülməz əzab çəkir.

Yeni bir ehtirasla alışıb yanan Dorabella etiraf edir ki,

Başqa çıxış yolu görməyən Fyordilidji Dorabella ilə birlikdə hərbi düşərgəyə öz adaxlılarının yanına yollanmağı qərara alır. Lakin son dəqiqədə Fyordilidji təslim olur və bacısı ilə birlikdə albanlara ərə getməyi qərara alır. Zabitlər məğlub olur və özlərini itirirlər, lakin Alfonso onlara toy etməyə razılaşmağı məsləhət görür.

Nikah müqaviləsi imzalanarkən gözlənilmədən Ferrando və Qulyelmonun qayıtması haqqında xəbər gəlir. Mütəəssir olmuş qızlar hər şeydə Alfonsonu günahlandırırlar. Lakin Alfonso qızları sakitləşdirərək adaxlılarının onları bağışlayacağına əmindir. Hamı xoşbəxtdir

Yaş məhdudiyyəti / Dil

6+
Hamı belə edir Hamı belə edir