Hamlet | ƏSA Teatrı

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

DİQQƏT: TAMAŞA AZƏRBAYCAN DİLİNDƏDİR!

ƏSA Teatrının təqdim etdiyi “Hamlet” tamaşasının mega premyerasından sonra çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq, növbəti dəfə qarşınızdayıq!

Vilyam Şekspirin məşhur taxt-tac oyunu – peşəkar teatr aktyorlarının ifasında
17 və 29 aprel, saat 19:30-da
Akademik Rus Dram Teatrında!

Dünya dramaturgiyasının ən təsirli tragediyalarından biri olan “Hamlet”, atasının ölümünün sirrini açmaq üçün “dəli” olmağa qərar verən bir şahzadənin hekayəsidir.
Qaranlıq saray divarları arasında itən, sevgi və vicdanın sınağına çevrilən bu faciə – qanla yazılmış bir hekayə, ruhla yaşanan bir savaşdır.

Bədii rəhbər və quruluşçu rejissor: Nihad Qulamzadə
Prodüser: Nicat Qulam
İşıq rəssamı: Binyamin Sailov
Səhnə tərtibatı: Tamerlan Abdullayev
Geyim tərtibatı: Nübar Hüseynova

Rollarda:

Hamlet – Elşən Əsgərov
Klavdi – İlqar Cahangir
Poloni – Qasım Nağı
Gertruda – Könül Şahbazova
Ofeliya – Səmaya Ağayarova
Laert – Elsevər Rəhimov
Horatsio – Lala Süleymanova
Aktyor Kral – Əbülfəz İskəndərov
Aktyor Kraliça – Gülnar Əlifadlı
Aktyor Klavdi – Bəhram Rəhimli
Normandiyalı – Elvin Mirzəyev
Müşavir – Sərxan Naciyev
Xidmətçi – Səadət Abbasova
Məzarcı – Orxan Əliyev
və digərləri...

Bu dəfə saray qaranlığı daha dərin, Hamletin baxışları isə daha kəskin olacaq...

Biletləri əldə etməyə tələsin!

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Hamlet | ƏSA Teatrı Hamlet | ƏSA Teatrı

Məkan yeri
Xaqani küçəsi 7, Bakı, Azərbaycan