Tankred Dorst. “Mən - Feyerbaxam”
Yaş həddi: 16+
Müəllif: Tankred Dorst
Quruluşçu rejissor: Şövqü Hüseynov (Əməkdar artisti)
Janr: psixoloji dram
Tək ifa: Şövqi Hüseynov (Əməkdar artist)
Müddəti: birhissəli, 50 dəqiqə
Keşməkeşli bir həyat tərzi keçirən aktyor Feyerbaxın həyat hekayəsi pəncərəsi olmayan boş otaqda baş verir. Onun xatirələri qorxulu bir nağıla bənzəyir. O, yaratdığı obrazlarla həqiqi istedad, həqiqi aktyor olduğunu sübut etmək arzusu ilə çırpınır. Gözlənilməz hadisələr isə aktyoru çox zaman çıxılmaz labirintə salır. Buna baxmayaraq, yenə mübarizə qoynuna atılır, yenidən gözəl sənət uğrunda çalışmağa başlayır, çünki ümidləri var. Lakin hər dəfə kiminsə vasitəsilə bu ümidlər puça çıxır.
Ətrafın laqeydliyi və anlaşılmazlıq Feyerbaxı səhnədə qurulmuş, eyni zamanda, ömrünün son pilləsi kimi baxdığı pilləkənə doğru addımlamağa məcbur edir. Buradan o tərəfə yol yoxdur. Buradan o tərəfdə həyat da yoxdur. Buradan o tərəfdə Feyerbax da olmayacaq və onun iztirablarına son qoyulacaq.
Talesiz bir aktyorun keşməkeşli həyatından bəhs edən bu tamaşanın əsas qayəsi budur ki, istedadlı insanlar üçün keçid körpüsü yaradın. Elə bir körpü ki, oradan keçib zirvəyə doğru addımlaya bilsinlər, həqiqi sənət uğrunda mübarizədə büdrəməsinlər. İstedadları qorumaq hər kəsin borcudur.