Mən gəldim qızlar (“Müharibə”)

Tədbir haqqında

Hörmətli tamaşaçılar!

Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsi

təmirə dayandığından repertuarındakı tamaşalar Dövlət Mahnı və Kukla

Teatrlarının səhnələrində nümayiş etdiriləcəkdir.

COVİD19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

Lars Nuren. “Mən gəldim, qızlar” (“Müharibə”) Tərcümə edəni: Dilsuz Quruluşçu rejissor – Bəhram Osmanov Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət xadimi İsveç dramaturqu Lars Nurenin “”Müharibə” pyesi əsasında hazırlanmış bu tamaşa 16 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Bu səhnə əsərində dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir millətin və hər kəsin çətin sınaqlar zamanı başına gələ biləcək hadisələrdən bəhs edir. Müharibədə gözləri kor olmuş, amma böyük ümidlərlə yaşayan bir kişinin taleyindən bəhs edən bu tamaşa insanlığı təmkinli olmağa, düzlüyə səsləyir. İki illik müharibədən sonra gəlib evinə çıxan ata hər şeyi bərbad vəziyyətdə görür. Evin qadını və qızları tamam dəyişmiş, müharibənin ağrı-acısı onları da sarsıtmışdır. Bir tikə çörək qazanmaq üçün hər kəs istədiyi yolla getmişdir. Ata ailəsini başına cəm etmək, yenidən onu bir ailəyə çevirmək üçün çox səbrlə davranır. Buna görə də hər şey onun maddi və mənəvi qələbəsi ilə başa çatır.

Yaş məhdudiyyəti / Dil

18+
Mən gəldim qızlar (“Müharibə”) Mən gəldim qızlar (“Müharibə”)