Mən gəldim qızlar...(Müharibə)

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Mən gəldim, qızlar” (“Müharibə”)

(Müasir dram)

Yaş həddi: 18+

Müəllif: Lars Nuren

Tərcümə edən: Dilsuz

Quruluşçu rejissor: Bəhram Osmanov (Əməkdar incəsənət xadimi)

Əsas rolların ifaçıları:  Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər  Kəmalə Hüseynova, Rasim Cəfər, artistlərdən  Zümrüd Quliyeva, Səbinə Məmmədzadə

Janr: müasir dram

Tamaşanın müdəti: I hissə - 50 dəqiqə

                               II hissə - 50 dəqiqə

          İsveç dramaturqu Lars Nurenin “Müharibə” pyesi əsasında hazırlanmış “Mən gəldim, qızlar...” tamaşası  18 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Bu səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədə  gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə qızlarını düşünən atanın iki ildən sonra evinə qayıtmasını, ailəsinə sahib durmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.

          Biz bu tamaşa ilə  müharibəyə “Yox!” deyirik.

 

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Mən gəldim qızlar...(Müharibə) Mən gəldim qızlar...(Müharibə)