Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Nağılçının idarəçiliyi ilə silsilə şou-tamaşalar Qazaxdan start götürür. Nə baş verəcəyini anlamağınız üçün indidən iştiraka tələsin!
Qazax Dövlət Dram Teatrının təşəbbüsü ilə Qazax Mədəniyyət Mərkəzinin səhnəsində «Haqi Vaqinin izində...» adlı əsl interaktiv tamaşa nümayiş olunacaq. Hadisələrin mərkəzində hamının sevdiyi şən, zarafatcıl Haqi Vaqi dayanır. Bu tamaşada uşaqlar öz sevimli nağıl və animasiya qəhrəmanları — Dəniz qulduru, Cırtdan və Dovşan Banni ilə birlikdə Haqi Vaqinin axtarışına çıxacaqlar. Görəsən, o yenə nə edib?
Azərbaycan dilində təqdim olunacaq tamaşa azyaşlı tamaşaçılar, eləcə də valideynlər üçün yaddaqalan olacaq.
Musiqili və interaktiv tamaşa «Haqi Vaqinin izində...» sevilən personajlar, parlaq dekorasiyalar, rəqs, oyunlar və musiqi nömrələri ilə nağıllar aləminə səyahət təqdim edir.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadədir. Hekayə boyu uşaqlar hadisələrin birbaşa iştirakçısına çevrilir və oyunlar vasitəsilə süjet xəttində fəal rol oynayır.
Qeyd: 5 yaşdan aşağı uşaqlar valideynləri ilə eyni oturacaqda əyləşdikləri halda tədbirə pulsuz giriş edə bilərlər.

7 ₼-dan
5 ₼-dan
3 ₼-dan
3 ₼-dan
10 ₼-dan
10 ₼-dan