Kəvakib

Tədbir haqqında

M.F.Axundzadə “KƏVAKİB”

Janr - tarixi abrakadabra

 

Hakimiyyətinin altıncı ilində olan Səfəviyyə şahı Şah Abbas Zillullah-Səfəvinin hüzuruna bir gün sarayın münəccimbaşısı daxil olur və böyük fəlakətdən ona xəbər verir. Belə ki, Novruz bayramından yeddi gün sonra Şaha sədəmə yetişəcəkdir, yəni o, dövlət çevrilişi ilə taxt-tacdan salınacaq və başı kəsiləcəkdir. Bundan qorxuya düşən Şah Abbas divan toplayır və əyyanlarından bu bəlanın dəfi üçün çarə tapmağı tapşırır. Heç biri çarə tapa bilmədikdə, Şah Abbas Münəccimbaşının kəlməsini vurdurmağı əmr edir. Lakin, Zaman xan bu iradeyi-əmrin çarə olmadığını və Münəccimbaşının ölümündən sonra əlacı özü ilə aparacağını söyləyir. Beləliklə Şah əmri geri götürür və əlacı Münəccimbaşının özündən soruşur. O isə cavabında bildirir ki, yeddi gün sonra Vilayəti Səfəviyyənin başına sətəmə gələcək və bunun üşün gərək Şah dəyişə və yerinə süni padşah qoyula. Beləliklə bəla gəldikdə süni padşahın başında sınacaq və o öləcək; əsil padşah isə sağ və salamat qalacaq. Şahın ağlına bu batır və qərara alırlar ki, şəhərdə üsyanlar və fitnələr çıxaran Yusif Sərracı taxta qoysunlar. Qoyurlar da...

Yusif Sərrac taxta keçir və ölkədə haqq-ədalət bərqərar olur. Lakin yeddi gün keçən kimi üsyan baş verir və Yusif Sərracın başını vururlar, Şah Abbas isə öz həqiqi taxtına geri oturur.

Yaş məhdudiyyəti / Dil

16+
Kəvakib Kəvakib

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan