“KUKARAÇA” – Həyatla ölüm arasındakı incə xəttin hekayəsi
Layihənin rəhbəri Aqil Adil oğlu Bəhramlıdır.
Azərbaycan teatr tarixində ilk dəfə olaraq Azərbaycan və Gürcüstan teatrlarının birgə təqdim etdiyi tamaşa səhnələşdiriləcək. Bu unikal layihə Azərbaycan və gürcü dillərində nümayiş olunacaq.
Gəncə Dövlət Milli Dram Teatrı sizi Gürcü ədəbiyyatının unudulmaz imzalarından biri olan Nodar Dumbadzenin povesti əsasında hazırlanmış “KUKARAÇA” tamaşasına dəvət edir.
Səhnədə bu dəfə gülüşlə kədərin, günahla bağışlanmanın, həyatla ölümün kəsişdiyi incə və sarsıdıcı bir hekayə canlandırılır. Müharibə sonrası Tbilisinin köhnə məhəllələrində həyatın dibinə yuvarlanmış bir oğrunun – Kukaraçanın taleyi fonunda insan ləyaqəti, sevgi, utanc və ümidsizliyin poetik dramı nümayiş olunur.
Bu tamaşa – bir cinayətkarın deyil, bir insanın hekayəsidir.
O, səhv etmişdi. Amma bu səhvlərin içində insan qalmağı bacarmışdı.
🎭 Tamaşanın ruhu:
Sosial ədalətsizlik, cəmiyyətin ikiüzlülüyü və insanın mənəvi mübarizəsi.
🎨 Rejissor vizyonu: Gürcü rejissor Vaso Çiqoqidze tamaşaya unikal vizual dərinlik və psixoloji incəlik qazandırır.

5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
8 ₼-dan
15 ₼-dan
Biletlər satılıb