Lənkəran Xanının Vəziri

Tədbir haqqında

 

Mirzə Fətəli Axundzadə “Sərgüzəşti vəziri xani Lənkəran”

“Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Mirzə Fətəli Axundzadənin 1850–ci ildə yazdığı sayca 3–cü komediya komediyasıdır. Bu əsər Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. 
Əsərin sujeti 1800–1801 illərə təsdüf edir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir.
Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın saf məhəbbəti əsas götürülüb.
Əsərdə olduğu kimi tamaşada da bütün hadisələr komik dillə tamaşaçıya təqdim olunur. Hadisələr bir–birini sürətlə və şən müsiqi keçidləri ilə əvəz edir. 
Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Şuşa Dövlət Musiqili Dram Teatrında 2012–ci ildə tamaşaya hazırlanmışdır.  Tamaşanın premyerası “Sərgüzəşti – Mirzə Fətəli Axundzadə” teatr festivalının bağlanışında oynanılmışdır. 

Bundan əlavə tamaşa 2013–cü ildə Tatarıstanın Kazan şəhərində  keçirilən  türkdilli  xalqların   “Nauruz”   XI  Beynəlxalq  Teatr Festivalında və 2014–cü ildə I Şəki Beynəlxalq Teatr Festivalında uğurla oynanılmışdır. 

Tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarovdur.  

Tamaşanın müddəti 1 saat 20 dəqiqədir.

Yaş məhdudiyyəti / Dil

15+
Lənkəran Xanının Vəziri Lənkəran Xanının Vəziri