Evlənmə

Tədbir haqqında

“EVLƏNMƏ”

 

Nikolay Qoqolun komediyası əsasında Valeri Fokinin tamaşası

 

Qoqolun “Evlənmə” komediyasının səhnə həyatı 182 il əvvəl - 1842-ci ildə Aleksandrinski səhnəsində başlayıb. Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinin “Evlənmə” tamaşasının premyerası 2008-ci ilin yanvarında, rus ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun 200 illik yubileyi ərəfəsində baş tutub. Mövsümün yekunlarına görə, tamaşa dərhal iki nominasiyada - “Ən yaxşı rejissor işi” və “Ən yaxşı rəssam işi” nominasiyasında Rusiya Federasiyasının ən nüfuzlu peşə mükafatı olan Rusiya Milli Teatr Mükafatı -“Qızıl maska”nın laureatı olub. Parlaq aktyor işi ansamblının sayəsində bu tamaşa Aleksandrinski Teatrının repertuarında həm səhnədə, həm də qastrol səfərində ictimaiyyət tərəfindən ən çox sevilən əsərlərdən biri olaraq qalır.

            Tamaşaçılar Bakıda qastrol səfərində “Evlənmə” tamaşasında aşağıdakı aktyorları görəcəklər: Vladimir Koşevoy (Podkolyasin),Vasilisa Alekseyeva (Aqafya Tixonovna, gəlin), İvan Yefremov (Koçkarev, Podkolesinin dostu), Rusiyanın əməkdar artisti Mariya Kuznetsova (Fyokla İvanovna, elçi), Rusiyanın əməkdar artisti Svetlana Şeyçenko (Arina Panteleymonovna, xala) və başqaları.

            Tamaşanın müddəti 2 saat 30 dəqiqədir. Səhnə əsərində bir antrakt var, 12 yaşdan yuxarı tamaşçılar üçün nəzərdə tutulub.

            Bu tamaşada Valeri Fokin şəxsi dünyasını qorumağa çalışan qəhrəmanla absurd, az qala gülməli görkəm alan reallıq (insanı ən ağlasığmaz tryukları yerinə yetirməyə və mənasız, sanki qara qüvvənin məcbur etdiyi attraksionlarda iştirak etməyə təhrik edən reallıq) arasında kəskin konflikti ortaya qoyur. Bu cür attraksion hətta xəyallarında və fantaziyalarında belə bütün insani fəzilətlərə sahib olan seçilmiş birini tapa bilməyən tacir qızı Aqafya Tixonovna Kuperdyaginaya ilə eyni anda altı nəfərin elçi düşməsi əhvalatıdır.

            Aleksandrinski Teatrı Rusiyanın ən qədim milli teatrıdır. Tarixi 30 avqust 1756-cı ildə İmperatriçə Yelizaveta Petrovnanın Fərmanı ilə Sankt-Peterburqda yaradılmış ilk rus dövlət peşəkar dramaturq truppasından başlayır. Aleksandrinski Teatrı Milli sərvət statusuna malikdir.

            Valeri Fokin Rusiyanın xalq artisti, Rusiyanın dörd Dövlət mükafatı laureatı, Polşanın əməkdar artisti, Rusiya Milli Teatrları Assosiasiyası Şurasının sədridir. Bu gün Valeri Fokinin yaradıcılıq biqrafiyasında artıq 100 tamaşa var. O, ABŞ, Polşa, Macarıstan, Almaniya, İsveçrə, Yaponiya, Fransa və İtaliyada tamaşalar hazırlayıb.

Yaş məhdudiyyəti / Dil

12+ / Русский
Evlənmə Evlənmə

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan