Ümid nəğməsi

Tədbir haqqında

Pərviz Seyidli. “Ümid nəğməsi”

Yaş reytinqi: 14+

Müəllif: Pərviz Seyidli

Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)

Baş rolların ifaçıları:  Sevinc Əziz, Sənan Kazımlı, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Səbinə Məmmədzadə

Janr: psixoloji dram

Tamaşanın müddəti:  – 1 saat  10 dəqiqə

                                       

 

 

Bu gün dünyada baş verən qlobal dəyişikliklər, təbii fəlakətlər bütün insanlığı ciddi şəkildə düşünməyə, elmi-praktik vasitələrlə problemin həllinə kökləyib. Sizə təqdim etdiyimiz tamaşa da belə qlobal hadisələrin bədii təcəssümü kontekstində həllini tapmışdır.

Tamaşanın süjet xətti  iki qlobal hadisə əsasında qurulmuşdur:

-fərqliliyi olan autizm xəstəsi;

-zəlzələ fəlakəti zamanı insanların tutduqları mövqe.

Hər iki mövzu eyni fabula xətti üzrə inkişaf etdirilərək, bir ailənin timsalında ciddi bir mənzərə yaradır: tamaşa qlobal hadisələrin insan talelərinə necə təsir etməsi, bir-birinə zidd xarakterli insanların çətin vəziyyətdə hansı mövqeni tutmaları kimi maraqlı hadisələr kontekstində həllini tapır.

Nəticədə, tamaşanın qayəsi  bəşəri duyğularla həmahəng səslənir: insanlar bir-birinə dəstək olmazlarsa, yaşamaq da çox çətin olar. Dar macalda adi bir təsəlliedici söz  ümid nəğməsi kimi səslənir. Bu nəğmənin sədası zəlzələ zamanı dağıntılar altında qalan bir ailənin xilasına çevrilir.

Tamaşamız da  maddi deyil, mənəvi dəstəyin ümid sədası səslənir.

Yaş məhdudiyyəti / Dil

14+
Ümid nəğməsi Ümid nəğməsi