Dəlixanada qətl

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Dəlixanada qətl”

Yaş həddi:18+                                                                                                                                                        

Müəllif: Fridrix Dürrematt.

Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti)

İfaçılar:  Əməkdar artistlər: Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov; artistlər Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ramiq Nəsirov, Kərəm Hadızadə və s.

Janr: ikihissəli komediya

Tamaşanın müddəti: I hissə - 1 saat

                                    II hissə- 45  dəqiqə

Fridrix Dürremattın “Dəlixanada qətl” tamaşası dünyada elm və texnika sahəsində böyük elmi kəşf etmiş və bundan dərin təəssüf hissi yaşayan üç alimin ağır faciəsinə həsr olunmuşdur. Tamaşanın janrı komediya kimi təqdim olunsa da, mövzu etibarilə insan faciəsinə həsr olunmuşdur. Çünki insanların mənafeyinə xüdmət üçün yaradılmış elmi kəşflər onun məhvinə səbəb olur. Bu baxımdan, dərin psixoloji məqamları ilə tamaşaçını sarsıdan bu komediya əslində böyük bəşəri faciədən bəhs edir.

Yaş məhdudiyyəti / Dil

18+
Dəlixanada qətl Dəlixanada qətl