Göyqurşağında Novruz macərası

Tədbir haqqında

Göyqurşağında Novruz macərası

Müəllif: Elvin Nuri

Bədii rəhbər: Fərid Bağırov

Quruluşçu rejissor: Racu Şıxlı

Üslub və janr: Postmodernist

Hadisələr Novruz bayramı ərəfəsində absurd məkanda baş verir. Zaman gələcəkdən xəbər verir.

Əsərin balaca qəhrəmanı  Noğulun ad gününə babası Novruz hədiyyə edir-göyqurşağına səyahət. Beləliklə Baharla Novruz nəvələri Noğulun doğum gününü  qeyd etməkdən ötrü göyqurşağına səyahətə çıxırlar.

Səyahət zamanı Noğul babası ilə nənəsini təhrik edir ki, göy qurşağının bütün rənglərini gəzsinlər. Təhlükədən xəbərsiz Bahar ailəsi 7ci rəngə keçəndə Mənfi personajların Buz qəsrinə düşürlər. Boranla, Çovğunun əsiri olan ailəni Kosa ilə Keçək Günəşin dəstəyilə qəsrdən xilas edirlər.

Əsərdə personajlarının adları Novruz bayramının atributlarını simvolizə edir. Pyesə sonradan rejissor tərəfindən əlavə olunan milli adət-ənənələr, deyişmələr, haxıştalar və Novruz oyunları tamaşa zamanı tamaşaçını birbaşa oyunun iştirakçısına çevirəcəkdir.

 

Yaş məhdudiyyəti / Dil

5+
Göyqurşağında Novruz macərası Göyqurşağında Novruz macərası