2025-ci il 30 may – 2 iyun tarixləri arasında Bakı şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Ümumrusiya qastrol-konsert planına uyğun olaraq və Rusiya Konsert (РОСКОНЦЕРТ) təşkilatının təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət "Baltik Evi" Teatr-Festivalının “Böyük qastrol”ları keçiriləcək.
“Böyük qastrol” proqramının xarici ölkələr üzrə istiqaməti çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Xəzinə adası”, “Düşərcə” və “Kişilər və qadınlar nə haqqında danışır” tamaşaları nümayiş olunacaq.
“Kişilər və qadınlar nə haqqında danışır” tamaşası — 18+
Yazıçı: Yasmina Reza
Rejissor: Andjey Bubeny
Səhnə tərtibatı və kostyumlar: Pyotr Okunyev, Olqa Şaişmelaşvili
“Kişilər və qadınlar nə haqqında danışır” — bu tamaşa iti satirik yumorla zəngin bir komediyadır. Hadisələr iki valideyn cütlüyünün arasında baş verir. İki oğlan uşağının oyun meydançasında dalaşmasından sonra “zərərçəkmiş”in valideynləri “təcavüzkar”ın valideynlərini evlərinə dəvət edir ki, məsələni müzakirə etsinlər. Lakin uşaqların tərbiyəsi ilə bağlı nəzakətli müzakirə tezliklə dörd böyüyün öz həqiqi simalarını göstərdiyi söz duelinə çevrilir.
Tamaşada iştirak edirlər:
Sankt-Peterburqun Əməkdar Artisti Nataliya Parashkina, Alla Yemintseva, Rusiya Federasiyasının Əməkdar Artisti Valeri Solovyov, Sankt-Peterburqun Əməkdar Artisti Yuri Yelagin

5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
8 ₼-dan
Biletlər satılıb