Ölülər

Tədbir haqqında

"Ölülər"

Yaş həddi: 13+

Müəllif: Cəlil Məmmədquluzadə

Bəstəkar: Qara Qarayev

Janr: Tragikomediya

Dil: Azərbaycan

Tamaşanın müddəti:  I hissə - 65 dəqiqə

                                     II hissə - 65 dəqiqə

Quruluşçu rejissor və rəssam: Azər Paşa Nemətov

Rejissorlar: Anar Sadoqov, Əlif Cahangirov

                                              

1909-cu ildə yazılmış «Ölülər» komediyası mövzu orijinallığı, ideya zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bir bədii sənət incisidir. «Ölülər» kəskin bəşəri problemləri yüksək sənətkarlıqla canlandıran bir dramatik əsər kimi dram, faciələrə məxsus keyfiyyətləri canlandıran, dramatik ünsürlərə malik bir məzhəkə, həyati faciəni, dəhşətli həqiqəti göstərən komediya, yaxud tragikomediya və ya satirik komediya adlandırmışlar.

Gülünc, mənasız, yaxud islah edilə bilən vəziyyətlərin və xarakterlərin estetik qiymətləndirilməsi yumorun və ya yüngül kinayənin əsasını təşkil edir. Satiranın qarşısında isə daha kəskin, daha sərt vəzifə durur. O, acı kinayə, sarkazm vasitəsilə təkcə gülünclüyü deyil, həm də təhlükəli olan ictimai naqisliyi, bəlaları ifşa edir. Komikliyin mövcud növlərindən biri qroteskdir. Sarkazm və qroteskin vəzifəsi ictimai bəlanın cəmləşmiş, mübaliğəli obrazının yaradılması, karikatur təsvir dərəcəsinədək böyüdülməsidir. Satirada və qroteskdə ictimai təhlükəli qüsurlar ifşa olunduğuna görə burada komiklik bir sıra hallarda tragizmə keçir. 

Əsərdəki komizmin mahiyyətindəki tragizm isə ağıl sahibinin tək və köməksiz, nadan fanatiklərin isə çoxsaylı və güclü olmasından irəli gəlir. İsgəndər zəmanəsinin, mühitinin, vəziyyət və imkanının yol verdiyi şəkidə hərəkət edən inqilabçı deyil, real vəziyyəti sərrast və kəskinliklə qiymətləndirən mübariz ziyalı obrazıdır.

Əsərdə ikinci obraz epoxal tip səviyyəsinə qaldırılan, ifsa hədəfi seçilən məşhur Şeyx Nəsrullahdır. Şeyx Nəsrullah avamların, fanatiklərin, mütilərin əksəriyyət təşkil etdiyi bir mühitdə dini, imanı quldurluq alətinə çevirən, nəfsinin və ehtirasının qulu olan bir tipdir. Mənəvi ölülər və onların dünyasında at oynadan Şeyx Nəsrullaha qarşı dayanan isə zülmət səltənətində bir nur, ayıq bir şüur, təmiz əxlaq, yüksək mənəviyyat mücəssəməsi olan İsgəndər dayanmışdır.

Yaş məhdudiyyəti / Dil

13+ / Azərbaycanca
Ölülər Ölülər

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan