Orfey və Evridika

Tədbir haqqında

COVİD-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

“ORFEY VƏ EVRİDİKA”
                                        (bir pərdəli opera-balet)
23 aprel 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında librettosu Ranieri de’ Kalzabigiyə, musiqisi K.V.Qlyuka məxsus olan “Orfey və Evridika” operası səhnələşdiriləcək. 
      Opera ilk səhnə təcəssümünü 05 oktyabr 1762-ci ildə Avstriyanın Vyana şəhərində tapmışdır. Opera dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq səhnələşdirilir. 
       Orfey, Evridika və Amur operanın qəhramanlarıdırlar.                                                                                                                      
       Dünya opera teatrlarında bu tamaşa fərqli quruluşlarda səhnələşdirilir. Azərbaycanda ilk dəfə tamaşaya qoyulan “Orfey və Evridika” operasında isə balet artistlərinin rolu ənənəvi quruluşlardan fərqli olaraq daha böyükdür. Tamaşada  Orfey və Evridika obrazları vokal ifaçıları ilə bərabər balet artistləri tərəfindən də icra olunur.
        Tamaşanın musiqi rəhbəri və dirijoru - Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi rejissor Mikola Tretyak, quruluşçu xoreoqrafı Azərbaycan Respublikasının Xalq artisti Kamilla Hüseynova, Xormeyster Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
           Orfey - Azərbaycan Respublikasının Əməkdar artisti İLHAM NƏZƏROV
           Evdirika - ANASTASİYA POVAJNA (Ukrayna)
           Amur - Azərbaycan Respublikasının Əməkdar artisti İNARƏ BABAYEVA

Yaş məhdudiyyəti / Dil

6+
Orfey və Evridika Orfey və Evridika