Buratino axmaqlar ölkəsində

Tədbir haqqında

BURATİNO AXMAQLAR ÖLKƏSİNDƏ 

(Aleksey Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” nağılı əsasında)   

Görkəmli rus yazıçısı Aleksey Tolstoy “Qızıl açar, yaxud Buratinonun macəraları” nağılını İtaliya yazıçısı Karlo Kallodinin Pinokyonun macəraları adlı məşhur əsəri əsasında yazmışdır. Cəlbedici mövzunun rəngarəng tamaşasına uşaqlar maraqla baxırlar. maraqlı rollar balaca tamaşaçıları caq.

Tamaşanın əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Tənha qoca Karlo oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar bu qeyri-adi taxta oğlan Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Lakin o həm də sadiq dost, macəra dolu təhlükəli anlarda cəsurdur. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Tamaşa xeyrin şər üzərində qələbəsi ilə sona yetir.

 Tamaşa rəngarəng səhnə tərtibatı və geyimləri ilə diqqəti cəlb edir. Peşəkar aktyor ifaları balaca tamaşaçılar tərəfindən maraqla qarşılanır və onları əsl möcüzələr aləminə aparır.

  

Yaş məhdudiyyəti / Dil

0+
Buratino axmaqlar ölkəsində Buratino axmaqlar ölkəsində