Sərgüzəşti-vəziri-xani-Lənkəran

Tədbir haqqında

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”komediyası ilə 1873-cü ildə milli teatrımızın  bünövrəsi qoyulmuşdur. 

Əsərdə 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsi kəskin satira ilə tənqid edilir. 

Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün, baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir.

İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın düşdükləri müxtəlif çıxılmaz vəziyyətdən qurtulmaq üçün düşündükləri kələklər ağılsız Mirzə  Həbibi  gülünc vəziyyətə salır. Ağıllı və tədbirli Azərbaycan xanımları ilə müqayisədə vəzirin və xanın ağılsızlıqları gülüş doğurur. Tamaşa  xoşbəxt  sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın  xan keçməsi və sevgilisinə  qovuşmasi ilə bitir.

Tamaşanın təlqin etdiyi fikrə görə, baş verən  hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan hər bir ölkədə baş verə  bilər.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Sərgüzəşti-vəziri-xani-Lənkəran Sərgüzəşti-vəziri-xani-Lənkəran

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan