Sevənlərindi dünya

Tədbir haqqında

  "Sevənlərindir dünya!" tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın eyniadlı əsəri əsasında hazırlanan iki hissəli məzhəkədir.

Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. 

Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır. 

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak edirlər.

Yaş məhdudiyyəti / Dil

16+
Sevənlərindi dünya Sevənlərindi dünya