Silva

Tədbir haqqında

COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Silva"

Yaş həddi: 6+

Müəllif: Imre Kalman

Janr: Operetta

Dil: Rus

Tamaşanın müddəti: I hissə - 55 dəqiqə

                                 I I hissə - 65 dəqiqə

Quruluşçu rejissor: Boris Lukinski (əməkdar artist)

Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: Aleksandr Fedorov (əməkdar incəsənət xadimi)

Baş dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi)

    Macar bəstəkarı İmre Kalman 1915-ci ildə yazdığı bu əsərlə çağdaş dünyanın sehri ilə ayaqlaşmağa, mənəvi romantik duyğuların girdabından sıyrılıb çıxmağa çalışan, klassik formalara meydan oxuyan bir sənətkar olduğunu təsdiq etdi və dünyaca məşhur olan “Silva” operettasını, iki gəncin  saf, təmiz sevgi hekayəsini yaratmağa nail oldu. Kabare müğənnisi Silva Varesku ilə zəngin bir ailənin oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük məhəbbət ətrafdakıları, xüsusilə də Edvinin ailəsini narahat edir. Valideynləri Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərar hadisələri yeni məcraya yönəldir - gənclərin öz sevgisi uğrunda mübarizəsi başlayır.

Yaş məhdudiyyəti / Dil

6+ / Русский
Silva Silva

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan