"Ağca və yeddi cırtdan"

Tədbir haqqında

Tamaşa  Qrimm Qardaşları tərəfindən toplanıb nəşr olunan “Ağbəniz və yeddi Cırtdan” nağılı əsasında hazırlanıb.

Nağıl qışın oğlan çağında övladı olmayan bir kraliçanın pəncərənin yanında oturub tikiş tikməsi ilə başlayır. Zaman ötür və kraliçanın gözəl bir qızı olur. Lakin Kraliça onu dünyaya gətirərkən ölür. Kral başqa qadınla evlənir. Ögey ana gözəlliyinə rəqib gördüyü Ağbənizi çox qısqanır və onu yox etmək barədə planlar qurur. Çünki sehrli güzgüsü ona Ağcanın ondan gözəl olduğunu dönə-dönə deyir. Bu da amansız Kraliçanı qəzəbləndirir. Başına fəlakətlər gələn Ağca xilas olaraq meşənin dərinliklərinə qaçır, yeddi cırtdanın evini tapır, onlarla qalır. Tezliklə Kraliça sehrli güzgü vasitəsilə öyrənir ki, Ağbəniz hələ də sağdır. Hirslənən qadın qızcığazı öldürmək üçün üç dəfə cəhd edir, nəhayət, zəhərli almanın köməyilə üçüncü cəhddə məqsədinə çatdığına inanır. Lakin ədalət yenə qələbə çalır. Şahzadənin köməyi ilə Ağca oyanır və onlar xoşbəxt yaşayırlar.

Yaş məhdudiyyəti / Dil

3+
"Ağca və yeddi cırtdan" "Ağca və yeddi cırtdan"