"Leyləyin Hədiyyəsi"

Tədbir haqqında

Azərbaycan Dövlət Kukla Teatrı yerli və xarici klassiklər, eləcə də müasir yazarlar ilə yanaşı, mütəmadi olaraq, türk xalqlarının şifahi xalq ədəbiyyatı nümunələrinə də müraciət edir. Bunun nəticəsi olaraq ötən mövsümdən repertuara “Leyləyin hədiyyəsi” adlı maraqlı və ibrətamiz tamaşa da daxil edilib.

Qardaş özbək xalq ədəbi nümunələrindən komik hadisələrlə zəngin “Vur dəyənək!” nağılı əsasında özünün fərqli səhnə həllini tapan tamaşa “Leyləyin hədiyyəsi”dir. Tamaşada balacalara artıq tamahın insana yalnız pislik etdiyi, onu gücsüz və tək qoyması da  təlqin olunur.

Yaş məhdudiyyəti / Dil

3+
"Leyləyin Hədiyyəsi" "Leyləyin Hədiyyəsi"