Ülviyyə Heydərova “Pələng”
Tamaşadakı hadisələr sahibi tərəfindən küçəyə atılmış “Pələng” adlı itin həyat faciəsindən bəhs edir. Pələng sahibinin ona qarşı etdiyi haqsızlıqları, xəyanəti, sevgisizliyi qəbul etməyərək küçə həyatını yaşamağı üstün tutur və sahibləri tərəfindən tərk edilmiş bütün heyvanlar adından üsyan edir.
Çəkdiyi əzab, məşəqqət və ağır həyat şərtləri Pələngin yaddaşında sağalmaz bir travma yaradır və bu ağrı onu bütün yaşantısı boyu müşayiət edir.
Tamaşada psixoloji münasibətləri öz səhnə üslubunda həll etməyə çalışan gənc rejissor vəfa, sədaqət,mərhəmət kimi keyfiyyətləri ön plana çəkməyə nail olmuşdur.