18+
Yaş məhdudiyyəti
Tədbirin müddəti
19:00 - 20:30

Tədbir haqqında

Hörmətli tamaşaçılar!

Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsi

təmirə dayandığından repertuarındakı tamaşalar Dövlət Mahnı və Kukla

Teatrlarının səhnələrində nümayiş etdiriləcəkdir.

 

COVİD19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

V. Siqarev. “Ağ ölüm” Müəllifin “Şeytan ailəsi” əsəri əsasında tərcümə və təbdil edən: Sərvər Əliyev Quruluşçu rejissor - Ayla Osmanova Övladnı böyük məhəbətlə sevən Ana, iflic olub arabaya möhtac Ata, narkotikə qurşanan Samir, artıq sevdiyi oğlandan –Samirdən hamilə olan Nərgiz çox ciddi həyati, həm də bəşəri problemlərlə qarşılaşıblar. Maddi imkansızlıq ailəni sarsıdırb. Lakin ananın qəlbində bir ümid çırağı yanıb. Bu da dünyaya gələcək nəvəsidir. Narkoman oğulun borclandıqları adamlar evə hücum edirlər, Nərgizi aparıb zorrayırlar. Qızı apararkən Samir görsə də, qaçıb gizlənir. Bunu bilən Nərgiz oğlanın evini həmişəlik tərk edir. Samir isə gəlib anasının son pullarını alıb gedir ki, guya disk alacaq, əslində, o, narkotik almağa gedir. Belə bir müəmma, dramatik hadisələr üstündə qurulmuş tamaşada qaldırılan problemlər əslində bütün bəçəriyyəti narahat edən problemlərdir. Bu problemlərin həlli isə məhz bəşəriyyətin özündən asılıdır.