"Vəhşi Simfoniya - Musiqili Nağıl Macərası"

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Vəhşi Simfoniya” ilə musiqili nağıl səyahətinə hazır olun!

Nağılçı yaradıcılıq emalatxanasının təşkilatçılığı, uşaqların sevimli nağılçısı Şəbnəm Həsənəlizadə və Seema Band-ın iştirakı ilə “Vəhşi Simfoniya” tədbiri keçiriləcək. 

Tədbir çərçivəsində uşaqlarla birlikdə P4C (Philosophy for Children) metodologiyası əsasında interaktiv müzakirələr aparılacaq, balacalar həm dinləyəcək, həm düşünəcək, həm də öz fikirlərini paylaşacaqlar. 

Canlı klassik musiqinin müşayiəti ilə Den Braunun “Vəhşi Simfoniya” kitabını birlikdə oxuyacaq, musiqi və təxəyyül dolu bir dünyaya səyahət edəcəyik. 

Balacaları:
maraqlı hekayə,
canlı musiqi,
düşündürücü P4C söhbətləri
və unudulmaz bir atmosfer gözləyir!

Gəlin, birlikdə oxuyaq, düşünək və ilham alaq! 

Yaş məhdudiyyəti / Dil

0+ / Azərbaycanca
"Vəhşi Simfoniya - Musiqili Nağıl Macərası" "Vəhşi Simfoniya - Musiqili Nağıl Macərası"