Gəncə Dövlət Dram Teatrının “Xanuma”tamaşası.
A.Saqarelinin "XANUMA" tamaşası Tiflisdə yaşayan Xanuma adlı bir ara düzəldən qadın haqqındadır. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanumanı axtarıb tapır və problemlərini həll edir. Evdə qarımış qızlar, subaylıqda qocalmış oğlanlar Xanumanın köməyinə möhtacdırlar. Hamının işinə yarıyan Xanuma həm pul qazanır, həm də öz şəxsi işlərini də unutmayıb, sonda öz sevgisinə qovuşur. Onun bacarmadığı iş yoxdur. Xanuma, əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını sevə - sevə vəsf edir. Xanuma oxuyur, oynayır, istənilən problemin həlli onun üçün çətinlik yaratmır. Bu onun həyat tərzidir. Əsərin sonunda hər şey Xanumanın köməyi ilə öz yerini tapır.
Quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev olan tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Novruz Cəfərov, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova, aktyorlar Akif Səfərov, Ruslan Hüseynov, Zeynəb Hüseynova, Nailə Əhmədova, Emil Salmanov, Elmir Məmmədov, Rauf Hüseynov, Şahmar Məmmədov ifa edirlər.
Tamaşa 18-19 noyabr tarixlərində saat 19:00-da Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

5 ₼-dan
5 ₼-dan
5 ₼-dan
8 ₼-dan
15 ₼-dan
Biletlər satılıb