"Göygöl" Milli Parkı
0+
Yaş məhdudiyyəti
Tədbirin müddəti
09:00 - 19:00

Tədbir haqqında

Yaranması: 1 aprel 2008-ci il
 
Sahəsi: 12 775 ha
 
Rast gəlinən bitki növləri: tozağacı, göyrüş, ağcaqayın, cökə, şam, zoğal, zirinc, itburnu,əzgil, zəngçiçəyi, çobanyastığı və s.
 
Rast gəlinən heyvan növləri: Qonur ayı, canavar, çaqqal, tülkü, porsuq, vaşaq, çöl pişiyi, sincab, dələ, oxlu kirpi, Qafqaz maralı, cüyür, bezoar keçisi, qaban, qartal, şahin, sar, yaşılbaş ördək, su sonası, dağ kəkliyi, tetra, çay balığı, qızılxallı balıq.
 
”Qırmızı kitab”a daxil olan növləri: Bezoar keçisi, nəcib maral, qonur ayı, vaşaq,Xəzər uralı, Qafqaz tetrası, cırtdan qartalça, kütyarpaq püstə, Kox şamı (qarmaqvari şam), Qafqaz qaşsəhləbi, fırfır səhləb, paradoksal süsən, kiçik süsən və s.

Təbii, tarixi, mədəni yerlər;
Göllər ( Göygöl, Maralgöl, Güzgü gölü, Gözgölü, Şamlıq gölü, Ördəkgöl, Zəligöl) , Kəpəz dağı, Gəlinqaya, Keçiqayası
 
"Göygöl" Milli Parkı "Göygöl" Milli Parkı

Məkan yeri
Göygöl, Daşkəsən və Goraboy rayonları