Müqəddəs məkanlara ziyarət turu

Tədbir haqqında

Çoxəsrlik tarixə malik məscidlər əsasən Bakının ən qədim yaşayış məskəni sayılan İçərişəhər ərazisindədir. İçərişəhərin qədim müqəddəs abidələrini peşəkar bələdçilərin iştiraki ilə ziyarət etmək və onlar haqqında ətraflı məlumat almaq, həmçinin məsciddə namaz qılmaq üçün unikal imkan əldə edə bilərsiniz. Tur zamanı İçərişəhərdə yerləşən 23 dini abidədən Məhəmməd məscidi (XV ə.), Şirvanşahlar saray məscidi (XV ə.), Keyqubad məscidinin qalıqları (XIV ə.), Təkyə (XVII ə.), Cümə məscidi (IX-XIX ə.), Bəylər məscidini (XIX ə.) ziyarət etmək mümkün olacaq.
Səyahətin sonunda əlavə ödəniş etməklə XV-ci əsrin Karvansarasında milli musiqinin müşayiəti ilə iftar etmək imkanın əldə edə bilərsiniz.

Tur 1,5 saat davam edəcək və Azərbaycan, rus, ingilis dillərində bələdçilik ediləcək. Turun qiyməti 1 nəfər üçün 15 AZN-dır.

Biletləri Böyük Qala 55 küç, Turist Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Müqəddəs məkanlara ziyarət turu Müqəddəs məkanlara ziyarət turu