Hesab və qeydiyyat

Qeydiyyat, şifrə bərpası və hesabın təhlükəsizliyi

iTicket.AZ hesabı ilə sifarişlərinizi, QR biletlərinizi, transferləri, qaytarma sorğularını və cüzdanınızı bir yerdən idarə edirsiniz.

Qeydiyyat

  1. Sağ yuxarıdakı profil ikonuna basıb Qeydiyyat-ı seçin.
  2. Ad, soyad, e-poçt, mobil nömrənizi yazın və şifrə təyin edin.
  3. E-poçtunuza göndərilən kodla hesabı təsdiqləyin. Kod gəlməyibsə, Yenidən göndər düyməsindən istifadə edin.

Google və ya Apple hesabınızla da daxil ola bilərsiniz.

Şifrəni unutmusunuzsa

Giriş səhifəsində Şifrəni unutmusunuz? linkinə basın və e-poçtunuzu yazın — yeni şifrə təyin etmək üçün sizə link göndəriləcək. Şifrəni Profil → Şifrə bölməsindən də dəyişə bilərsiniz.

E-poçt və nömrənin təsdiqi

Bilet transferi kimi bəzi əməliyyatlar üçün həm e-poçt, həm də mobil nömrə təsdiqlənmiş olmalıdır. Təsdiqi Profil bölməsindən edə bilərsiniz.

Hesabın təhlükəsizliyi

Aktiv sessiyalar bölməsində hesabınıza daxil olunmuş cihazları görə və tanımadığınız sessiyanı dayandıra bilərsiniz.