Biletin qaytarılması

Onlayn qaytarma sorğusu və onun statusu

Bileti onlayn qaytarmaq üçün profilinizdən sorğu göndərirsiniz. Sorğu yoxlanıldıqdan sonra vəsait geri qaytarılır.

Sorğu necə göndərilir

  1. Hesabınıza daxil olun.
  2. Profil → Sifarişlər bölməsində müvafiq sifarişi açın.
  3. Sorğu yarat düyməsinə basın və qaytarmaq istədiyiniz biletləri seçin.
  4. Sorğunu təsdiqləyin.

Sorğunun statusu

Profil → Qaytarma sorğuları bölməsində sorğularınız üç başlıq altında görünür: Gözləmədə, Qəbul edilən və Rədd edilən.

Diqqət

  • Bəzi tədbirlərin biletləri qaytarılmır — belə biletlər sorğu zamanı ayrıca qeyd olunur.
  • Qaytarma şərtləri və müddətlər Biletin qaytarılması və dəyişdirilməsi səhifəsində göstərilib.
  • Sorğunuz rədd edilibsə, səbəbini öyrənmək üçün dəstək xidməti ilə əlaqə saxlayın.