Biletin transferi
QR bileti başqa şəxsə ötürmək
QR biletinizi iTicket.AZ hesabı olan başqa bir şəxsə göndərə bilərsiniz.
Necə göndərilir
- Profilinizdə Biletlər bölməsini açın və göndərmək istədiyiniz bileti seçin.
- Transfer et düyməsinə basın.
- Alıcının e-poçtunu və ya istifadəçi ID-sini daxil edin.
- Sizə göndərilən təsdiq kodunu yazın — kodu e-poçt və ya mobil nömrə ilə ala bilərsiniz.
Nəyi bilmək lazımdır
- Transfer göndərmək üçün hesabınızda e-poçt və mobil nömrə təsdiqlənmiş olmalıdır.
- Alıcı bileti 24 saat ərzində qəbul etməsə, bilet avtomatik sizə qayıdır.
- Gözləmədə olan transferi Profil → Transferlər bölməsindən ləğv edə bilərsiniz.
- Sizə göndərilən biletlər Transferlər → Gələnlər, sizin göndərdikləriniz isə Göndərilənlər bölməsində görünür.