PDF (Elektron bilet)

Elektron (PDF) biletlər — vaxta qənaət, sadəcə bir klik qədər yaxınınızda!

Elektron bilet şəxsi kabinetinizdə və elektron ünvanınızda saxlanılır. Onu dünyanın istənilən yerindən internet vasitəsilə əldə edə bilərsiniz. Kassaya getməyə və gözləməyə ehtiyac yoxdur.

Necə əldə etmək olar?
Ödəniş bank kartı ilə onlayn olaraq həyata keçirildikdən sonra bilet elektron ünvanınıza PDF formatında göndərilir. Həmçinin bilet şəxsi kabinetinizdəki “Biletlər” bölməsində QR kod formasında da mövcud olur.

İstifadə qaydası:
Bileti tədbir günü e-mail ünvanınızdan PDF formatında yükləyərək telefon vasitəsi ilə eləcə də çap edərək kağız formasında təqdim edə bilərsiniz.

Üstünlükləri:
İtirmək və unutmaq mümkün deyil;
Şəxsi kabinetdə və elektron ünvanda saxlanılır;
Rahat giriş imkanı yaradır.

Digər şəxsə göndərmək imkanı:
Bileti e-mail ünvanınızdan PDF formatında yükləyərək istədiyiniz şəxsə e-mail və ya digər sosial şəbəkələr vasitəsilə göndərə bilərsiniz.

Qaytarılma və dəyişdirmə:
Elektron (PDF) biletləri onlayn qaydada dəstək xidmətimizlə (+994 12 424 24 24) əlaqə saxlayaraq qaytara və ya dəyişdirə bilərsiniz.