Fiziki bilet
Fiziki bilet — ənənəvi və etibarlı bilet formatı
Fiziki biletlər kağız formatında hazırlanır və tədbirə giriş üçün ənənəvi üsuldur. Bu biletlər tədbir günü tədbir məkanında göstərilməlidir.
Necə əldə edilir?
Fiziki biletlər yalnız satış məntəqələrindən əldə edilə bilər. Onlayn sifariş və çatdırılma xidməti mövcud deyil.
Satış məntəqələri:
Fiziki biletləri aşağıdakı məntəqələrdən əldə edə bilərsiniz:
- 28 Mall və Gənclik Mall ticarət mərkəzləri
- Heydər Əliyev Sarayının kassası
- ASAN Xidmət mərkəzləri
- Teatr kassaları
- Şəhərin digər kassaları
Üstünlükləri:
- Ənənəvi və tanış format;
- Fiziki nüsxə mövcudluğu;
- Kolleksiya üçün uyğun;
- Hər yaş qrupu üçün əlverişli;
- Dərhal əldə etmək mümkündür.
Qaytarılma və dəyişdirmə:
Fiziki biletlər də elektron biletlər kimi eyni qaydalar əsasında qaytarıla və ya dəyişdirilə bilər. Tədbirin baş tutmasına 48 saat qalmış qaytarılma və dəyişdirmə mümkün deyil.