QR-Bilet
Rəqəmsal biletiniz mobil tətbiqdə.
iTicket.AZ mobil tətbiqində yaradılan, tədbirlərə sürətli və təmassız giriş imkanı verən rəqəmsal biletdir.
Rəqəmsal biletiniz mobil tətbiqdə.
QR bilet iTicket.AZ mobil tətbiqində saxlanılan rəqəmsal bilet növüdür.
Bu bilet növünün çap edilməsinə ehtiyac yoxdur. QR kod yalnız mobil tətbiqdə aktivləşir və tədbirə giriş zamanı birbaşa tətbiqdən təqdim edilməlidir.
iTicket.AZ mobil tətbiqini App Store və Google Play-dən yükləyə bilərsiniz.
QR bileti necə əldə edə bilərəm?
iTicket.AZ veb-saytı və ya mobil tətbiqi vasitəsilə onlayn bilet alarkən tədbir üçün QR bilet formatını seçdiyiniz halda, bilet avtomatik olaraq hesabınıza əlavə olunur.
Elektron poçt ünvanınıza yalnız alışın təsdiqi göndərilir. QR bilet həmin məktuba əlavə edilmir və PDF formatında təqdim olunmur.
Biletinizi görmək üçün iTicket.AZ mobil tətbiqinə bileti aldığınız hesabla daxil olun və “Biletlər” bölməsinə keçid edin.
QR biletlə tədbirə necə daxil ola bilərəm?
Təhlükəsizlik məqsədilə QR bilet tədbirin başlamasına 12 saat qalmış aktivləşir. Bu müddətədək QR kod mobil tətbiqdə bulanıq şəkildə görünür.
Məkana giriş zamanı “Biletlər” bölməsindən müvafiq bileti açın və aktiv QR kodu nəzarət əməkdaşına göstərin.
Tədbirə giriş zaman QR kodun fotoşəkli, surəti və ya ekran görüntüsü (screenshot) qəbul edilmir. Təhlükəsizlik məqsədilə mobil tətbiqdə QR kodun ekran görüntüsünü çəkmək imkanı mövcud deyil.
Tədbirə gəlməzdən əvvəl telefonunuzun kifayət qədər enerjisi olduğuna və iTicket.AZ hesabınıza daxil olduğunuza əmin olun.
QR bileti başqa şəxsə göndərə bilərəm?
QR bileti iTicket.AZ mobil tətbiqi vasitəsilə başqa istifadəçiyə transfer edə bilərsiniz. Bunun üçün mobil tətbiqdə “Biletlər” bölməsindən müvafiq bileti seçin, “Transfer” düyməsinə toxunun və alıcının elektron poçt ünvanını və ya hesabın istifadəçi ID-sini daxil edin.
Əməliyyat təsdiqlənməzdən əvvəl məlumatları yenidən yoxlamağınız üçün 3 saniyəlik gözləmə müddəti verilir. Transfer sorğusu göndərildikdən sonra bilet alıcı tərəfindən qəbul edilənədək “Gözləmədə” statusunda qalır. Transfer qəbul edildikdən sonra bilet qarşı tərəfin hesabına köçürülür və onun “Biletlər” bölməsində görünür.
Bilet alıcı tərəfindən qəbul edildikdən sonra onun ilkin alıcının hesabına geri qaytarılması mümkün deyil.
