Estadio de la Cerámica (isp. Estadio de la Cerámica) — İspaniyanın Villarreal şəhərində yerləşən futbol stadionudur. La Liqada çıxış edən Villarreal CF klubunun ev oyunlarına ev sahibliyi edir.
24 890 tamaşaçı tutumuna malik stadion 17 iyun 1923-cü ildə istifadəyə verilib və həmin tarixdən etibarən Villarreal klubunun əsas stadionu kimi fəaliyyət göstərir.
1925-ci ilə qədər Campo del Villarreal adlandırılan stadion, daha sonra El Madrigal adını alıb. 2017-ci ilin yanvar ayında isə adı dəyişdirilərək indiki Estadio de la Cerámica adı ilə tanınmağa başlayıb.