
Gəncə Dövlət Milli Dram Teatrı
- Azərbaycan, Gəncə, Azərbaycan bayrağı 78
- gencedramteatri@mail.ru
Məkan haqqında
Gəncə Dövlət Milli Dram Teatrı
Tarixi məmbələrə nəzər salarkən 1895-ci ildən Gəncədə kiçik teatr truppası mövcud idi. Burada dövrünün mütəfəkkür və içtimai xadimləri olan M. F. Axundzadə və N. B. Vəzirovun pyesləri ilə Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakını özuündə cəmləməklə XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb. 1906-cı ildə yaradılan “Gəncə müsəlman məclisi”nin bu sahədə xidmətləri xüsusi olaraq daha önəmlidir. Ə. B. Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda “Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq” (Ə. B. Haqverdiyev), “Əl-Mənsur” (N. Heyne), “Nadanlıq” (N. Nərimanov), “Vətən” (N. Kamal) və başqa bu kimi əsərləri yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb. Həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “Qız məktəb”i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif illərdə “Qız məktəb”i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada M. C. Əmirovun “Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngaəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Ədil İsgəndərov, tanınan sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstəriblər.
Gəncə Dövlət Dram Teatrının 2021-ci ilin may ayının 18-də Dövlət statusu almasının 100 illi tamam olub. Belə ki, 1921-ci il may ayının 18-də Azərbaycan Xalq Maarif Komissarları Soveti tərəfindən rəsmi olaraq əmr verilib. Bu vaxta kimi ayrı-ayrı truppalarda fəaliyyət göstərən aktyorlar vahid kollektiv şəklində müəyyən bir təşkilatda birləşiblər. Sovet hakimiyyətinin ilk illərində teatra rəhbərlik işi Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində İncəsənət şöbəsinə tapşırılıb. Bu şöbəyə qocaman ədib Ə. B. Haqverdiyev başçılıq edib. Sonradan bu teatr 1921-ci ildən 1925-ci ilədək Bakı Azad Tənqid və Təbliğ Teatrı, 1925-ci ildən 1927-ci ilədək Bakı Türk İşçi və Kəndli Teatrı, 1927-ci ildən 1932-ci ilədək isə Bakı Türk İşçi Teatrı olaraq adlandırılıb. 1932-ci ilin dekabr ayının 28-də isə teatr yaradıcı kollektivi ilə birlikdə Gəncəyə köçürülüb və bu günə kimi də fəaliyyətini uğurla davam etdirir. 16 may 2024-cü ildə Gəncə Dövlət Dram Teatrına “Milli” statusu verilib.