Qusar Olimpiya İdman Kompleksi

Qusar Olimpiya İdman Kompleksi

Qusar şəhərində Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 27-də istifadəyə verilib.
Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir və əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir.

Mirzə Vəliyev 1, Qusar , AZ3800