Xaçmaz Olimpiya İdman Kompleksi

Xaçmaz Olimpiya İdman Kompleksi

Xaçmaz Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 19 iyul 2013-cü ildə istifadəyə verilmişdir.

İdman Kompleksinin binası 3 blokdan ibarətdir.
A blokunun birinci mərtəbəsində universal idman zalı yerləşir. Zalın ölçüsü 48x22 metr, tamaşaçı tutumu 749 nəfərdir. İkinci mərtəbədə isə iki döşəkli güləş zalı yerləşir.