
Daş salnamə muzeyi - Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir.
Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb.
Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.