
8 ANIMAFİLM 2025 OSCAR Seçmələri

8 ANIMAFİLM 2025 OSCAR Seçmələri
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bu nümayişdə 2025-ci ilin “OSCAR” mükafatına namizəd olan yeni və maraqlı qısametrajlı filmləri izləyəcəksiniz. Nümayiş çərçivəsində seçilən bu filmlər orijinal hekayələri, vizual dili və yaradıcı yanaşmaları ilə fərqlənir.
Bu müsabiqədənkənar nümayişin moderatoru KYNO olacaq. Nümayişdən sonra isə tamaşaçılar KYNO ilə birlikdə filmlər haqqında müzakirə aparacaqlar.
Nümayiş olunacaq filmlər bunlardır:
– Beautiful Men, rejissor Nicolas Keppens (Belçika, Fransa, Niderland)
– Yuck, rejissor Loïc Espuche (Fransa)
– Wander to Wonder, rejissor Nina Gantz (Niderland, Fransa, Belçika, Birləşmiş Krallıq)
Orijinal dildə, azərbaycanca və ingiliscə altyazı ilə
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.
Bu il festivalımızın mövzusu pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.
Vacib qeydlər:
– Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.


