
8 ANIMAFİLM Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi

8 ANIMAFİLM Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya filmi” bu il ANİMAFİLM Festivalında xüsusi kateqoriya kimi təqdim olunur. Pişiklərə həsr olunmuş bu rəngarəng və yaradıcı filmlər hamıya sevinc bəxş edəcək. Bu nominasiyada hər biri pişik mövzusunu özünəməxsus tərzdə əks etdirən 7 film yarışır. Filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər 8-ci ANİMAFİLM Festivalının bağlanış mərasimində elan olunacaq.
Bu kateqoriyada aşağıdakı filmlər nümayiş etdiriləcək:
– BRIDGE -My Little Friends- (Yaponiya), rejissor Kazuyuki Ishihara
– Brown Morning (Fransa, Lüksemburq), rejissor Carlo Vogele
– BUDŌ (İsveç), rejissorlar Alexander Toma, Amanda Aagard
– Cat-Puccino (İspaniya), rejissorlar Jara García de Viedma, Claudia “Shuangshuang” Yu, Misha Navarro Castellano, Victoria Meltzer Marina, Gloria Battaglia Galán, Irene García Menéndez
– As Luna sees… (Avstraliya), rejissor Zi Yin
– Oh! Mother, Mother… (Gürcüstan), rejissor Khatuna Tatuashvili
– A Walk into the Afterlife (Lüksemburq), rejissor Jiyun Jeong
Orijinal dildə, azərbaycanca və ingiliscə altyazı ilə
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.
Bu il festivalımızın mövzusu pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.
Vacib qeydlər:
– Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.


