
ANİMAFİLM School: Öz flip-book-unu yarat! Mehriban Əliyeva ilə ustad dərsi

ANİMAFİLM School: Öz flip-book-unu yarat! Mehriban Əliyeva ilə ustad dərsi
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Mehriban Əliyeva ilə ustad dərsində iştirak edin və öz kiçik flip-book-unuzu yaradın – animasiyaya ilk addımınızı atın! Sadə eskizlərdən başlayaraq səhifələri çevirdikcə canlanan miniatür hekayələr qurmağı öyrənəcəksiniz. Kağız, qələm və təxəyyül kifayətdir – hər bir flip-book isə sadə cizgilərlə böyük bir hekayə danışacaq.
Azərbaycan dilində
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.
Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.
Vacib qeydlər:
– Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.


