
ANİMAFİLM x Skwigly: Pişiklər Haqqında Hər Şey

ANİMAFİLM x Skwigly: Pişiklər Haqqında Hər Şey
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bu nümayişdə pişiklərin dünyasına tamamilə fərqli bir baxışdan nəzər salacaqsınız!
Bu müsabiqədənkənar proqram çərçivəsində məşhur britaniyalı animasiya prodüseri və “Skwigly” onlayn animasiya jurnalının həmtəsisçisi Aaron Wood sizin üçün xüsusi bir seçim hazırlayıb – pişiklər haqqında 10 animasiya filmi!
Bu filmlərdə pişiklər bəzən mehriban, bəzən qəribə, bəzən isə tamamilə fantastik obrazlarla qarşınıza çıxacaq. Animasiya sənətinin imkanları ilə bu balaca varlıqların necə də fərqli və gözlənilməz formada canlandırıldığına siz də çox təəccüblənəcəksiniz!!
Nümayiş olunacaq filmlər bunlardır:
– Catherine, rejissor Britt Raes (Belçika)
– A Cat Called Jam, rejissor Lorraine Lordan (İrlandiya)
– The Cat with Hands, rejissor Robert Morgan (Birləşmiş Krallıq)
– The Cat Piano, rejissorlar Eddie White & Ari Gibson (Avstraliya)
– All Consuming Love (Man In A Cat), rejissor Louis Hudson (Birləşmiş Krallıq)
– Meow or Never, rejissor Neeraja Raj (Birləşmiş Krallıq)
– Magical Cat (Tries to Fit on a Shelf), rejissorlar Scott DaRos & Alexis Deprey (ABŞ)
– Cat Days, rejissor Jon Frickey (Almaniya)
– Simon’s Cat (Let Me In), rejissor Simon Tofield (Birləşmiş Krallıq)
– The Cat Came Back, rejissor Cordell Barker (Kanada)
Orijinal dildə, azərbaycanca və ingiliscə altyazı ilə
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.
Bu il festivalımızın mövzusu pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.
Vacib qeydlər:
– Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.


