Ağaxan Abdullayev 75

Tədbir haqqında

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, , Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,  “Şöhrət” ordenli, “Qızıl çinar” beynəlxalq mükafatı sahibi Ağaxan Abdullayevin (1950-2016)  75 illiyinə həsr olunan gecə təşkil ediləcək. Unudulmaz xanəndənin xatirə gecəsində Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov,  Teyyub Aslanov, Zabit Nəbizadə, Simarə İmanova, Əməkdar incəcənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Elnarə Abdullayeva, İlkin Əhmədov, Muğam Televiziya Müsabiqəsinin qalibləri Vəfa Orucova, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Hüseyn Məlikov, Nisbət Sədrayeva, Almaxanım Əhmədli çıxış edəcəklər. Görkəmli sənət xadimləri sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Rəfael Əsgərov (balaban), Amil Mustafayev (nağara), Vasif Yusibli (ud), Kamran Novruzov (bas tar) müşayiət edəcək.

Yaş məhdudiyyəti / Dil

12+
Ağaxan Abdullayev 75 Ağaxan Abdullayev 75