Candlelight Baku – Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir.
2.500 şamın əhatəsində, BAKIDA İLK DƏFƏ AÇIQ HAVADA ŞAM İŞIĞINDA BALET AXŞAMI
28 iyun, saat 20:45-də dünya balet tarixinin zirvəsi — Çaykovskinin Qu Gölü — canlı balerina ifası və şam işığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında həyata keçəcək.
Bu unudulmaz musiqi təcrübəsinin bir parçası olun və yerinizi öncədən təmin edin. Şam işığında musiqinin və rəqsin sehrini canlı yaşamaq fürsətini qaçırmayın.
Piotr İliç Çaykovski — Qu Gölü, Yuxuyatan Gözəl, Qoz qıran... Balet tarixini yazan bəstəkar. Onun musiqisi yalnız eşidilmir — hiss edilir, görülür, yaşanır. Bu axşam Qu Gölünün qəmli və möhtəşəm dünyası 2.500 şamın işığında, canlı balerina rəqsi ilə yenidən canlanır.
🕯️ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır — vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün uyğundur
Qeyd 1. Candlelight Ensemble – Bakının ilk yerli şam işığı konsertləri layihəsi - Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano, fleyta, zərb aləti və genişləndirilmiş simli tərkibdən ibarət (violin, viola, violonçel, kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.