Bu tədbir yalnız QR bilet formasında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
13 noyabr saat 19:00-da Muğam Mərkəzində Gülsüm Xəlilovanın solo konserti — “Payız duyğuları” baş tutacaq.
Bu axşam musiqinin sehrinə bürünmək üçün ideal payız görüşü olacaq. Konsertin atmosferi hər kəsə tanış olan o xüsusi hisslərlə — istilik, ilham və ruhun dili ilə danışan musiqi ilə dolacaq.
Gülsüm Xəlilova — beynəlxalq və respublika müsabiqə və festivallarının laureatıdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, Tbilisidə təcrübə keçib. Onun çıxışları səmimiyyəti, emosional gücü və nadir səhnə xarizması ilə seçilir.
Gecənin qonaqları:
•SİMA kvarteti — bənzərsiz ovqat yaradan sehrli simlər səslənməsi;
•Məryəm Məmmədova — zərif üslub duyğusu ilə tanınan pianoçu;
•Ümidə Abbasova — beynəlxalq müsabiqə və festivalların laureatı;
•Ülviyyə Axundova — şairə, ssenarist, çoxsaylı incəsənət layihələrinin müəllifi;
•Rəna Ağayeva — Azərbaycanın Əməkdar Artisti, ifası ilə ilham verən və məkanı duyğuların dərinliyi ilə dolduran sənətkar.
Konsert proqramında Üzeyir Hacıbəyli, Asif Zeynallı, Niyazi, Bellini, Qriq, Motsart, Verdi, Paqanini və bir çox digər bəstəkarların insan duyğularının dərinliyini əks etdirən əsərləri səslənəcək.
Bu axşam — özünüzə və sevdiklərinizə ilham dolu bir hədiyyədir!
13 noyabrda Muğam Mərkəzinə gəlin və “Payız duyğuları”nı bizimlə birlikdə hiss edin.