
Azərbaycan Kino Musiqisi Konserti

Azərbaycan Kino Musiqisi Konserti
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Azərbaycan kinematoqrafiyasının unudulmaz səhifələrinə səyahət edərək, sevilən filmlərdən dillərə dastan olmuş mahnılar bu dəfə tanınmış sənətçilərin - Xalq artistləri Gülyanaq və Gülyaz Məməddovalar, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Ayşən Mehdiyeva, Taleh Yahyayev, İlhamə Qasımova və b. ifasında səslənəcək.
Gecədə Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Rauf Hacıyev kimi böyük bəstəkarlarımızın yaradıcılığından seçmələr təqdim olunacaq. “Əhməd hardadır”, “Dəli Kür”, “Ögey ana”, “Qızmar günə altında”, “Bəxtiyar”, “Qaynana”, “Gün keçdi”, “Dədə Qorqud”, “Uşaqlığım son gecəsi”, “Möcüzələr adası”, “Sehirli xalat” və digər məşhur filmlərə bəstələnmiş mahnılar və instrumental nömrələr ifa olunacaq.


