Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet
Səid Rüstəmov adına XÇA Orkestrinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konserti 5 mart 2026-ci il tarixində keçiriləcək. Konsertdə bədii rəhbər və baş dirijor , Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə orkestrin solistləri və sevilən müğənnilərin ifasında rəngarəng musiqi çələngi təqdim olunacaq.