
AZƏRBAYCAN MUSİQİSİNİN QIZIL DÖVRÜ

AZƏRBAYCAN MUSİQİSİNİN QIZIL DÖVRÜ
Təsvir
AZƏRBAYCAN MUSİQİSİNİN QIZIL DÖVRÜ
Nəsillərin sevdiyi melodiyalar — canlı orkestr ifasında, şam işığının sehrində.
17 oktyabrda Beynəlxalq Muğam Mərkəzində Azərbaycan musiqisinin qızıl dövrünə həsr olunmuş xüsusi konsert keçiriləcək. Radiodan, vallardan və ailə məclislərindən yaddaşımıza köçən mahnılar Virtuosos of Baku orkestrinin ifasında səslənəcək.
Zərif melodiyaları, lirik ifadəsi və milli ruhu ilə seçilən bu dövr Azərbaycan musiqisinin unudulmaz səhifələrini yaradıb. Görkəmli bəstəkarların əsərləri və sevilən sənətkarların ifaları ilə tanıdığımız mahnılar bu gün də qəlbimizdə öz yerini qoruyur.
Proqramda sevgi, Bakı, vətən və həsrət mövzularını birləşdirən seçilmiş əsərlər yer alacaq. Orkestrin zəngin səslənməsi tanış melodiyalara yeni çalarlar qatacaq, yüzlərlə şamın yaratdığı sehrli atmosfer isə o illərin xatirələrini canlandıracaq.
Sevdiklərinizlə birlikdə Azərbaycan musiqisinin qızıl səhifələrinə qayıtmağa və nostalji dolu bir axşam keçirməyə dəvət edirik.
Tədbir haqqında
🎶 Proqram: Azərbaycan musiqisinin qızıl dövründən sevilən mahnılar
🎻 İfaçılar: Virtuosos of Baku orkestri
🕯️ Atmosfer: Şam işığının sehrində
Qaydalar
Bu tədbir yalnız QR bilet formasında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
